
“Bayer”də ciddi itki
Florian Virts ayaq biləyindəki zədə səbəbindən bir neçə həftə yaşıl meydanlardan kənarda qalacaq.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Leverkuzen “Bayer”inin 21 yaşlı yarımmüdafiəçisi Bundesliqanın 25-ci turunun “Verder”lə matçının (0:2) 52-ci dəqiqəsində zədələnib.
İkili mübarizə zamanı “Verder”in müdafiəçisi Mitçel Veyzer Virtsin sağ ayağına təpik vurub. O, toqquşmadan sonra ayağa qalxa bilməyib və tibbi yardım tələb edib.
Almaniyalı futbolçu bu mövsüm Bundesliqada 25 matçda 9 qol vurub, 10 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



