“Bayer” zədəli oyunçusu ilə danışıqlara başlayıb
Leverkuzen “Bayer”i hücumçusu Viktor Bonifase ilə ayrılmaq fikrində deyil.
Komanda.az “Sky Germany”-ə istinadən xəbər verir ki, klub rəhbərliyi artıq nigeriyalı futbolçu ilə müqavilənin uzadılması üçün danışıqlara başlayıb.
Bonifase “Bayer”də xoşbəxtdir və müqavilənin bağlanma ehtimalı yüksəkdir. Onun klubla hazırkı müqaviləsi 2028-ci ildə başa çatacaq. Yeni müqavilə 2029-cu ilin iyun ayına kimi qüvvədə olacaq. O, hazırda zədəsini sağaldır.
23 yaşlı forvard cari mövsümdə “Bayer”in heyətində bütün turnirlərdə 15 oyuna çıxıb, 8 qol vurub və 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin