“Bayer” futbolçusuna 150 milyon avro qiymət qoyub
Leverkuzen “Bayer”i yarımmüdafiəçisi Florian Virts üçün qiymət etiketi qoyub.
Komanda.az “Sport”-a istinadən xəbər verir ki, “əczaçılar” almaniyalı yarımmüdafiəçinin transferindən 150 milyon avro qazanmaq istəyirlər.
Bir sıra top-klublar – “Real” və “Liverpul” da daxil olmaqla – Virtsin xidmətlərində maraqlıdır. Onunla əvvəllər “Bayern” də maraqlanırdı.
21 yaşlı yarımmüdafiəçi cari mövsümdə Almaniya Bundesliqasında 4 oyunda 4 qol vurub və 1 məhsuldar ötürmə edib. O, ötən mövsüm “Bayer”lə çempionluq və Almaniya kubokunu qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin