Qriliş Bundesliqa klubuna keçə bilər

“Mançester Siti”nin yarımmüdafiəçisi Cek Qriliş karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.

Komanda.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.

İngiltərə millisinin futbolçusu ilə Leverkuzen “Bayer”i maraqlanır. “Əczaçılar” 29 yaşlı yarımmüdafiəçini komandanın əsas oyunçusu Florian Virtsin mümkün gedişi halında alternativ kimi nəzərdən keçirirlər. Virtslə “Liverpul” yaxından maraqlanır.

Qrilişə həmçinin, Premyer Liqadan da təkliflər var. Onunla İngiltərənin digər klubu “Everton” maraqlanır.

İngiltərəli futbolçu son mövsümdə “Mançester Siti”nin heyətində 32 oyuna çıxıb, 3 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button