“Bayer” Ten Haqı qovacaq?

Leverkuzen “Bayer”i Bundesliqada uğursuz startına baxmayaraq, baş məşqçi Erik ten Haqla yolları ayırmaq niyyətində deyil.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Almaniya təmsilçisinin rəhbərliyi niderlandlı mütəxəssisin müqaviləsini vaxtından əvvəl ləğv etməyi düşünmür.

Ten Haqın “Bayer”lə sözləşməsinin müddəti 2027-ci ilə qədərdir.

“Bayer”in yeni mövsümdə keçirdiyi üç oyunda bir qələbəsi, bir məğlubiyyəti və bir heç-heçəsi var. Komanda hazırda Bundesliqada turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button