
“Bayer” səfərdə xal itirdi
Almaniya Bundesliqasında 32-ci tura yekun vurulub.
Komanda.az xəbər verir ki, son gündə 3 oyun baş tutub.
“Auqsburq” evdə “Holştayn”a uduzub. “Maynts” – “Ayntraxt” və “Frayburq” – “Bayer” görüşlərində isə qalib müəyyənləşməyib. Leverkuzenlilərin bu xal itkisindən sonra lider “Bayern” sona iki tur qalmış çempionluğunu rəsmiləşdirib. Bu, Münhen klubunun Bundesliqa tarixində 34-cü çempionluğudur. “Bayern” son 13 ildə 12-ci dəfə Almaniya çempionu adını qazanıb.
32 turdan sonra “Bayern”in hesabında 76 xal var. “Bayer” 68, “Ayntraxt” 56, “Frayburq” 52, Dortmund “Borussiya”sı 41, “Leypsiq” 50 xal toplayıb.
Almaniya Bundesliqası
32-ci tur
2 may
Haydenhaym – Boxum 0:0
3 may
Borussiya (Mönhenqladbax) – Hoffenhaym 4:4
Qollar: Kyarodia, 5. Reyts, 32. Honorat, 64. Klayndienst, 90+1 – A.Çaves, 43. Bulter, 54. Hlojek, 74. Tabakoviç, 81.
Leypsiq – Bayern 3:3
Qollar: Şeşko, 11. Klostermann, 39. Poulsen, 90+5 – Dayer, 62. Olise, 63. Sane, 83.
Sankt Pauli – Ştutqart 0:1
Qol: Voltermade, 88.
Union Berlin – Verder 2:2
Qollar: Rote, 37. Benes, 84 – Staqe, 2; 15.
Borussiya (Dortmund) – Volfsburq 4:0
Qollar: Girassi, 3; 59. Adeyemi, 69; 73.
4 may
Auqsburq – Holştayn 1:3
Qollar: Munye, 90 – Maçino, 25-pen. Bernardsson, 40; 51.
Frayburq – Bayer 2:2
Qollar: Eggeştayn, 44. İnkapye, 49-öz qapısına – Virts, 82. Ta, 90+3.
Maynts – Ayntraxt 1:1
Qollar: Burkardt, 57 – Kristensen, 16.
Bizi Facebook-da izləyin



