
“Bayer” rəsmisindən Ten Haqın qovulması haqda açıqlama
“Bayer”in idman direktoru Simon Rolfes baş məşqçi Erik ten Haqın Leverkzuen klubundan qovulmasına münasibət bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu qərarın asan alınmadığını söyləyib:
“Bu qərar bizim üçün asan olmadı. Bu addımı heç kim istəmədi. Amma son bir neçə həftə göstərdi ki, bu heyətlə yeni və uğurlu komanda yaratmaq mümkün deyil. Biz komandamızın keyfiyyətinə qətiyyətlə inanırıq və indi yeni heyətlə inkişafımızda növbəti addımları atmaq üçün mümkün olan hər şeyi edəcəyik”.
Leverkuzen klubu niderlandlı mütəxəssisin istefasını açıqlayıb. Baş məşqçinin vəzifələrini müvəqqəti olaraq Ten Haqın köməkçiləri yerinə yetirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



