“Bayer” – “Qarabağ” matçının hakimləri açıqlanıb
“Bayer” və “Qarabağ” arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin 3-cü turunun oyununun təyinatları məlum olub.
Komanda.az xəbər verir ki, qarşılaşma Rumıniyadan olan hakimlər briqadasına tapşırılıb.
FİFA referisi Horatiu Feşniçə laynsmanlar qismində Valentin Avram və Aleksandru Çerey kömək göstərəcək.
Dördüncü hakim funksiyasını Szabols Kovaç yerinə yetirəcək.
VAR-da portuqaliyalı Tiaqu Martins və italiyalı Paolo Valeri olacaq.
Oktyabrın 26-da reallaşacaq “Bayer” – “Qarabağ” matçı saat 23:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin