“Liverpul”un müdafiəçisi Almaniya klubuna keçəcək

Leverkuzen “Bayer”i “Liverpul”la müdafiəçi Jarell Quanşahın transferi barədə razılığa gəlib.

Komanda.az “Sky Sport”-a istinadən xəbər verir ki, tərəflər artıq müqavilə şərtlərini razılaşdırıblar və Quanşah ilə müddəti 2030-cu ilə qədər davam edəcək sözləşmə imzalanacaq.

Transferin dəyəri 30 milyon avro və bonuslarla qiymətləndirilir. İngiltərəli futbolçunun tibbi müayinəsi yaxın günlərdə baş tutacaq.

22 yaşlı müdafiəçinin “Bayer”in əsas transfer hədəflərindən biri olduğu və Conatan Taya əvəzləyici kimi nəzərdə tutulduğu bildirilir.

Quanşah son Premyer Liqa mövsümündə 13 oyunda iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button