Malik Almaniya klubuna keçir

PSV-nin yarımmüdafiəçisi Malik Tilman karyerasını Leverkuzen “Bayer”ində davam etdirəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər 23 yaşlı futbolçunun transferi ilə bağlı şifahi razılığa gəlib.

“Bayer” bu keçid üçün 35-40 milyon avro ödəyəcək.

Amerikalı oyunçu 2023-cü ildən bəri PSV-də çıxış edir. O, son mövsümdə bütün turnirlərdə 34 oyuna çıxaraq, 16 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun Niderland klubu ilə müqaviləsinin müddəti 2028-ci ilə qədər qüvvədədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button