
“Bayer” onu satmaq fikrində deyil
Leverkuzen “Bayer”inin müdafiəçisi Piero İnkapie İngiltərə Premyer Liqası klublarının maraq dairəsindədir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Almaniya klubu 23 yaşlı futbolçunu satmaq niyyətində deyil.
Yeni baş məşqçi Erik ten Haq Ekvador millisinin üzvünü komandada aparıcı oyunçulardan biri kimi görür.
Əvvəllər İnkapieyə “Real”ın və “Atletiko”nun maraq göstərdiyi bildirilmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



