“Bayer” nağılı bitdi, “Atalanta” Avroliqanın qalibi oldu!

Avropa Liqasında 2023/2024 mövsümünün qalibi müəyyənləşib.

Komanda.az xəbər verir ki, İrlandiyanın paytaxtı Dublindəki “Dublin Arena”da keçirilən final matçında Almaniyanın “Bayer” və İtaliyanın “Atalanta” klubları üz-üzə gəlib.

Görüşdə qələbə qazanan berqamolular tarixlərində ilk dəfə Avroliqanın qalibi olublar.

Qarşılaşmanın 12-ci, 26-cı və 76 cı dəqiqələrində fərqənməklə het-trik edən Ademola Lokman leverkuzenlilərin 51 oyunluq məğlubedilməzlik seriyasına son qoyub.

Avropa Liqası
Final

22 may

“Atalanta” (İtaliya) – “Bayer” (Almaniya) 3:0
Qollar
: Ademola Lukman, 12; 26; 75.
Hakimlər: İştvan Kovaç, Vasile Marinesku, Ovidiu Artene (hamısı Rumıniya), İvan Krujlyak (Slovakiya).
VAR: Pol van Bökel (Niderland).
İrlandiya, “Dublin Arena” stadionu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button