Bundesliqa klubu “Mançester Yunayted”in qapıçısını alır
“Bayer” (Leverkuzen) “Mançester Yunayted”in qapıçısı Matej Kovarı transfer etmək istəyir.
Komanda.az “Kicker”-ə istinadən xəbər verir ki, Bundesliqa klubu çexiyalı qolkiperin keçidini 9 milyon avroya reallaşdırmaqla bağlı razılıq əldə edib.
Kovarın “qırmızı şeytanlar”la müqaviləsi 2025-ci ilə qədərdir.
O, 2022/23 mövsümündə icarə əsasında “Sparta”da çıxış edib. Kovar bütün turnirlər daxil olmaqla 32 oyuna çıxıb, 34 qol buraxıb, 11 dəfə qapısını toxunulmaz saxlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin