“Milan” Almaniya klubu ilə anlaşıb

Leverkuzen “Bayer”inin hücumçusu Viktor Bonifeys karyerasını İtaliyada davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 24 yaşlı futbolçunun nümayəndəsi “Milan”la danışıqlar aparmaq üçün İtaliyaya yollanıb.

Tərəflər artıq ilkin razılığa gəlib: nigeriyalı forvard “Milan”a icarə əsasında keçəcək. “Qırmızı-qaralar” 30 milyon avroya onu birdəfəlik almaq hüququna da sahib olacaq.

Bonifeys 2024/25 mövsümündə bütün turnirlərdə 27 oyuna çıxıb, 11 qol vurub və 2 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button