
“Bayer” Çexiya millisinin üzvü ilə yeni müqavilə imzalayıb
Leverkuzen “Bayer”i hücumçusu Patrik Şiklə uzunmüddətli müqavilə imzalayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Çexiya millisinin 29 yaşlı forvardı ilə yeni anlaşmanın müddəti 2030-cu ilin yayına qədər qüvvədə olacaq.
Şik əvvəlki müqaviləsinə əsasən 2027-ci ilə qədər “Bayer”in futbolçusu sayılırdı, ancaq klub onun xidmətindən razı qaldığı üçün vaxtından əvvəl yeni sözləşmə təklif edib.
Çexiyalı futbolçu 2024/25 mövsümündə Bundesliqada 31 oyunda iştirak edib, 21 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin