“Köln” dayandı, “Borussiya” 1/4 finalda
Futbol üzrə Almaniya kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib.
Komanda.az xəbər verir ki, ilk oyun günündə dörd görüş baş tutub.
Dortmund “Borussiya”sı “Paderborn”u, “Verder” isə “Qroyter”i mübarizədən kənarlaşdırıb. “Holştayn Kil” – “Darmştadt” görüşündə meydan sahibləri penaltilər seriyasında qələbəni təmin ediblər. “Bayer” isə aşağı liqa təmsilçisi “Essen”lə görüşdə uduzaraq mübarizəni dayandırıb.
Sonuncu gündə “Leypsiq” “Boxum”u, “Volfsburq” “Şalke”ni, Münhenqladbax “Borussiya”sı “Ştutqart”ı mübarizədən kənarlaşdırıb. “Köln” isə “Regensburq”la oyunda penaltilərlə uduzaraq mübarizəni dayandırıb.
Almaniya kuboku, 1/8 final
2 fevral
Holştayn Kil – Darmştadt 1:1 (penaltilər 7:6)
Essen – Bayer 2:1
Borussiya (Dortmund) – Paderborn 3:2
Verder – Qroyter 2:0
3 fevral
Leypsiq – Boxum 4:0
Volfsburq – Şalke 1:0
Regensburq – Köln 2:2 (penaltilər 4:3)
Ştutqart – Borussiya (Münhenqladbax) 1:2
Bizi Facebook-da izləyin