“Bayer” rəsmisi türkiyəli futbolçunu Kroosa bənzətdi

“Bayer”in idman direktoru Simon Rolfes klubun keçmiş yarımmüdafiəçisi Hakan Çalhanoğludan danışıb.

Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, o, türkiyəli futbolçunu Toni Kroosa bənzədib:

“Bizdə fərqli mövqedə oynasa da, Hakanın keyfiyyətlərinə heç vaxt şübhə etməmişəm. Düzdür, o vaxt geriyə qaçmağı sevmirdi, əsasən yalnız irəli. O, çox sürətli deyildi. Amma mövqeyini dəyişdikdən sonra çox dəyişdi. Bu baxımdan, o, Toni Kroosa çox bənzəyir. Yeri gəlmişkən, bu, onların arasında yeganə oxşarlıq deyil”.

“Bayer” 2024-cü ildə Almaniya çempionu, Çalhanoğlu isə İtaliya çempionu olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button