“Bayer” “Bayern”in təklifini rədd edib
Müdafiəçi Conatan Tanın “Bayer”dən “Bayern”ə keçə biləcəyi ilə bağlı məlumatlar yayılmağa davam edir.
Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, Münhen təmsilçisi almaniyalı futbolçu üçün 20 milyon avrodan az məbləğdə ilk təklifi edib. Lakin bu təklif rədd edilib.
“Bayer” 28 yaşlı futbolçunu təxminən 40 milyon avro dəyərində qiymətləndirir. Bundan əlavə, Leverkuzen klubu Bundesliqadakı əsas rəqibini gücləndirmək istəmir.
Conatan Ta Almaniya millisinin Avropa çempionatında iki əsas mərkəz müdafiəçisindən biridir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin