“Bayern”in 25 milyon avroluq təklifi rədd edilib
Conatan Ta yay transfer pəncərəsinin son saatlarında “Bayer”dən “Bayern”ə keçməyəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Leverkuzen klubu cümə axşamı Ta üçün 25 milyon avroluq təklifi rədd edib. Bundan sonra danışıqlar prosesi davam etməyəcək.
Daha əvvəl “Barselona”nın 28 yaşlı futbolçu üçün 20 milyon avro təklif etdiyi barədə məlumat yayılmışdı.
Almaniyalı müdafiəçinin “Bayer”lə hazırkı müqaviləsi 2025-ci ilin ortalarına qədərdir. Ta bu yay Almaniya millisinin heyətində Avropa çempionatında çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin