
“Bayer”in Alonsonu əvəzləməyə 2 namizədi var
“Bayer” hazırkı baş məşqçisi Xabi Alonsoya əvəzləyici axtarır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda Leverkuzen komandasına rəhbərlik etməyə əsas namizəd “Komo”nun hazırkı baş məşqçisi Sesk Fabreqasdır.
“Brayton”a rəhbərlik edən Fabian Hürzelerin də namizədliyi nəzərdən keçirilir. Premyer Liqanın ən gənc məşqçisi olan Hürzeler “Bayer” rəhbərliyinin bütün tələblərinə cavab versə də, onun təyinatı maddi səbəblərdən asan deyil.
Alonso 2022-ci ildən “Bayer”ə rəhbərlik edir və komandaya bir dəfə Bundesliqada, Almaniya kubokunda və ölkə superkubokunda qələbə qazandırıb. İspaniyalı mütəxəssisin yaxın vaxtlarda “Real”la müqavilə imzalayacağı gözlənilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin