
“Bayer” ABŞ millisinin üzvünü transfer etdi
“Bayer” (Leverkuzen) ABŞ millisinin futbolçusu Malik Tillmanı transfer edib.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi ilə 2030-cu ilə qədər olan müqavilə imzalanıb.
Niderlandın PSV klubundan transfer edilən Tillman ötən mövsüm meydana çıxdığı 34 matçda 16 qola və 5 məhsuldar ötürməyə imza atıb.
Daha əvvəl Almaniya yığmasının aşağı yaş qruplarından ibarət komandalarında çıxış etmiş alman əsilli futbolçu 2022-ci ildən ABŞ-ın əsas millisinin formasını geyinir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



