
Baxşıyev: “Şamaxı”ya autsayder kimi baxa bilərsiz, amma biz belə fikirləşmirik”
“Araz-Naxçıvan” bu gün Azərbaycan Premyer Liqasının 6-cı turunda “Şamaxı”nın qonağı olub.
Komanda.az xəbər verir ki, oyundan sonra Naxçıvan təmsilçisinin baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Baxşıyev 1:1 hesabı ilə başa çatan matçı belə şərh edib:
“İki fərqli hissə oynadıq. Birinci hissədə meydanda istədiyimizi edə bilmədik. “Şamaxı”nı xüsusi vurğulamaq istərdim. Yaxşı təsir bağışlayırdılar. İkinci hissədə fərqli oynadıq və oyunu ələ aldıq. Bu gün uda da bilərdik, uduza da.
“Şamaxı”ya autsayder kimi baxa bilərsiz, amma biz belə fikirləşmirik. Yaxşı oyunçuları var. Ümumiyyətlə, bu səfər çətin səfərdir. Süni meydança amili də öz sözünü deyir.
Komanda olaraq bir oyunun üzərində qalmırıq. “Qarabağ”la matçdakı məğlubiyyətin təsiri yox idi. Qarşıdakı oyunları düşünürük”.
“Araz-Naxçıvan” növbəti turda “İmişli” ilə qarşılaşacaq.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin



