Baxşıyev: “Kubokda “Zirə”ni məğlub edən komanda enişdə ola bilməz”

“Araz-Naxçıvan” bu gün Azərbaycan Premyer Liqasının 25-ci turunda “Sabah”ın qonağı olub.

Komanda.az xəbər verir ki, Naxçıvan təmsilçisinin baş məşqçisi Elmar Baxşıyevin oyundan sonra mətbuat konfransı keçirilib. Baxşıyev 2:2 hesabı ilə başa çatan oyunu belə şərh edib:

“Maraqlı, dinamik oyunun şahidi olduq. Hər iki komanda hücumda kreativliyi ilə seçilirdi. Ümumi olaraq, komandamın oyunundan məmnun qaldım.

Enişdə deyilik. Komandam möhkəmdir, düşünürəm ki, öz iddiamızdan əl çəkməyəcəyik. Dörd gün əvvəl kubokda “Zirə”ni məğlub edən komanda enişdə ola bilməz. Komandam möhkəmdir, xarakteri var. Düşünürəm ki, zədəli oyunçularımız qayıdandan sonra daha yaxşı nəticələr qazanacağıq”.

“Araz-Naxçıvan” növbəti turda “Qarabağ”la qarşılaşacaq.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button