“Bavariya”ya qayıda bilərəm – Şvaynştayger
Karyerasını MLS təmsilçisi “Çikaqo Fayr”da davam etdirən Bastian Şvaynştayger, İspaniya mətbuatına açıqlama verib.
Komanda.az xəbər verir ki, alman yarımmüdafiəçi, karyerasında birlikdə oynadığı ən yaxşı futbolçunun adını açıqlayıb:
“Karyeramda bir yerdə oynadığım ən yaxşı futbolçular Manuel Noyer və Frank Riberidir.
MLS-də özümü yaxşı hiss edirəm. 10-15 il ərzində bu liqa da Avropadakı səviyyəyə çatacaq.
Bir gün “Bavariya”ya qayıda bilərəm. Ancaq hələ, futbolçu kimi meydanda olmaq istəyirəm.
“Barselona”, “Bavariya”, “Real” və “Yuventus” bu il Çempionlar Liqasını qazanmağa əsas namizədlərdir”.
Karyerası ərzində “Bavariya” və “Mançester Yunayted” kimi klublarda forma geyinən Şvaynştayger, 2017-ci ildən MLS təmsilçisi “Çikaqo Fayr”da top qovur. 34 yaşlı yarımmüdafiəçi 121 dəfə də Almaniya millisinin uğurları üçün çalışıb.
Bizi Facebook-da izləyin