“Bavariya”ya qarşı ən yaxşı oyunumuzu oynamadıq, amma…”
“Liverpul”un futbolçusu Ceyms Milner, Çempionlar Liqasının 1/8 final mərhələsində “Bavariya”ya 3:1 hesabı ilə qalib gəldikləri cavab matçından sonra açıqlama verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı futbolçu, “Liverpul”un ən yaxşı oyununu göstərmədiyini deyib:
“Çətin səfərdə yaxşı oynayaraq, lazım olan nəticəni əldə etdiyimizi düşünürəm. “Bavariya”ya qarşı ən yaxşı oyunumuzu oynamadıq, amma əsas hədəfimiz nəticə əldə etmək idi. Yaxşı müdafiə olunduq, hücum xəttimiz də bu gün lazım olan qolları vura bildi. Həqiqətən, inanılmaz bir gecə keçirdik.
Bu gün Sadio Manenin günü idi, vurduğu hər iki qol fantastik idi. Ümid edirəm ki, mövsüm boyunca belə davam edəcək”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin