Şvaynştayger Bundesliqa klubunda?

“Bavariya”nın və Almaniya millisinin sabiq futbolçusu Bastian Şvaynştayger ölkəsində çalışa bilər.

Komanda.az xəbər verir ki, keçmiş yarımmüdafiəçi “Ayntraxt” (Frankfurt) klubunda idman direktoru vəzifəsinə təyin oluna bilər. Bu barədə “Bild” nəşri məlumat yayıb. Şvaynştayger “Ayntraxt”da mövsümün sonunda idman direktoru vəzifəsindən ayrılacaq Fredi Bobiçin yerinə keçə bilər.

“Bavariya”nın yetirməsi olan və karyerasının böyük hissəsini Münhen klubunda keçirən Şvaynştayger, İngiltərədə “Mançester Yunayted”, ABŞ-da “Çikaqo Fayr” komandalarının da uğurları üçün çalışıb. 2019-cu ilin oktyabr ayında isə o, peşəkar futbolçu karyerasını başa vurduğunu açıqlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button