“Bavariya”nın rəqibi bəlli oldu – DÇ-də

Qətərdə keçirilən futbol üzrə klublararası dünya çempionatında 1/4 final mərhələsinin daha bir oyunu keçirilib.

Komanda.az xəbər verir ki, Misirin “Əl-Əhli” klubu yerli “Əl-Duhail”lə qarşılaşıb. “Education City” stadionunda təşkil olunan qarşılaşmada Misir təmsilçisi 1:0 hesabı ilə qalib gəlib.

Bu qələbə sayəsində yarımfinala yüksələn “Əl-Əhli” finala vəsiqə qazanmaq üçün UEFA Çempionlar Liqasının qalibi olan Almaniyanın “Bavariya” klubu ilə üz-üzə gələcək. Digər yarımfinal görüşündə isə Meksika “Tiqres”i ilə Braziliya “Palmeyras”ı üz-üzə gələcək.

“Palmeyras” – “Tiqres” matçı fevralın 7-də, “Əl-Əhli” – “Bavariya” görüşü isə ayın 8-də baş tutacaq. Çempionata fevralın 11-də 3-cü yer uğrunda oyun və final qarşılaşması ilə yekun vurulacaq.