“Onunla yollarımızı ayıranda ağlayacaqdım”
“Bavariya” klubunun idarə heyətinin sədri Karl-Haynts Rummenigge 2017-ci ildə Karlo Ançelotti ilə yollarını ayırmalarından danışıb.
Komanda.az xəbər verir ki, İtaliya mətbuatına danışan 64 yaşlı funksioner, bunları deyib:
“Ançelottinin möhtəşəm xarakteri var və möhtəşəm də baş məşqçidir. İkinci mövsümdə aldığı nəticələr klubun gözlədiyi kimi deyildi. Karlo hamımızın dostu idi. Ən çətin anlarda belə, möhtəşəm xarakter sərgiləyirdi. Buna görə, onu vəzifəsindən göndərmək üçün bir az gözlədik.
Onunla yollarımızı ayıranda ağlayacaqdım. O anda belə, necə möhtəşəm biri olduğunu bizə göstərdi”.
Hazırda “Napoli”nin baş məşqçisi olan Karlo Ançelotti 2016-cı ilin iyulundan 2017-ci ilin sentyabrına qədər “Bavariya”nı çalışdırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin