“Bavariya”nın Kloze arzusu
“Bavariya”nın keçmiş futbolçusu, hazırda klubun U-17 komandasının baş məşqçisi olan Miroslav Kloze əsas komandada çalışa bilər.
Komanda.az “Bild”ə istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssis, baş məşqçi Hansi Flikin köməkçisi olmağa yaxındır. Mütəxəssisin əsas komandanın məşqçilər heyətində yer almasını istəyən klub rəhbərliyi, bu qərarı müzakirə edir.
Qərar qəbul olunsa, Miroslav yaxın zamanda əsas komandada köməkçi məşqçi kimi çalışmağa başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin