“Bavariya”nın iki futbolçusunda koronavirus aşkarlandı
Almaniyanın “Bavariya” klubunun iki futbolçusu koronavirusa yoluxub.
Komanda.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin baş məşqçisi Hans Flik mətbuat konfransında məlumat verib.
O, Xavi Martines və Leon Qoretskanın test nəticəsinin pozitiv çıxdığını bəyan edib. Hər iki oyunçu komandadan təcrid olunub.
Qeyd edək ki, Leon Qoretska cari mövsümdə 20 oyunda iştirak edib və 5 qol vurub. Martines isə 18 matçda 1 qolla yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin