Qvardiolaya görə ağladığını etiraf etdi – “Bavariya” rəsmisi
“Bavariya”nın idarə heyətinin sədri Karl-Haynts Rummenigge 2013-2016-cı illərdə komandanı çalışdıran Xosep Qvardiola haqda danışıb.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 65 yaşlı funksioner, Qvardiolanın komandadan ayrılacağını deyəndə ağladığını bildirib:
“Bir axşam yeməyini heç vaxt unutmayacam. 2015-ci ilin noyabrı idi və Qvardiola ilə birlikdə yemək yeyirdik. Həmin vaxt mənə komandadan ayrılmaq istədiyini və yeni rəqabət axtarışında olduğunu dedi. Mənim üçün emosional bir axşam idi və ağlamışdım”.
Qvardiola “Bavariya” ilə 3 dəfə Bundesliqanı, 2 dəfə Almaniya kubokunu qazanıb. İspan mütəxəssis 2016-cı ildən “Mançester Siti”ni çalışdırır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin