Levandovski 5 ildən sonra bunu da yaşadı
“Bavariya”nın hücumçusu Robert Levandovski zədələnib.
Komanda.az xəbər verir ki, hücumçu Polşa milli komandasının İtaliya yığmasına qarşı keçirdiyi oyunda zədələnib. Bu barədə Polşa mətbuatı məlumat yayıb.
83-cü dəqiqədə zədələnən Levandovski Polşa millisində 5 ildən sonra ilk dəfə əsas heyətdə çıxdığı bir matçda əvəzlənib. Forvard sonuncu dəfə 2015-ci ildə, Cəbəllütariqlə oyunun ikinci hissəsində əvəzlənmişdi.
Polşa – İtaliya matçı qolsuz bərabərliklə başa çatıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin