Müller karantin dövrünü zirzəmidə keçirdi
“Bavariya”nın futbolçusu Tomas Müllerin koronavirusa yoluxduğunu xəbər vermişdik.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, artıq sağalan hücumçu iki həftəlik karantin dövrünü evinin zirzəmisində keçirib. Bu barədə 32 yaşlı hücumçu özü açıqlama verib.
Müller, həyat yoldaşını virusdan qorumaq üçün iki həftə evinin zirzəmisində qalıb və heç kiminlə yaxın əlaqədə olmayıb.
Tomas Müller yanvarda klublararası dünya çempionatının Meksika “Tiqres”i ilə final matçından əvvəl virusa yoluxmuşdu. “Bavariya” həmin qarşılaşmada 1:0 hesablı qələbə qazanaraq, çempion olmuşdu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin