Müller: “Qərar onundur, hörmətlə yanaşmaq lazımdır”
“Bavariya”nın futbolçusu Tomas Müller mövsümün sonunda komandadan ayrılmaq istədiyini açıqlayan baş məşqçi Hans-Diter Flik haqda fikirlərini bildirib.
Komanda.az xəbər verir ki ,”Kicker” nəşrinə danışan Müller, Flikin ayrılıq qərarına belə münasibət bildirib:
“Flik qərarını bizə izah etməyib. Son il yarımda çoxlu iş görüb, enerji sərf edib. “Bavariya”nın məşqçisi olaraq güclü səbrə ehtiyac var. Stresli bir vaxtdan keçirik. Düzdür, Flik bəhanə gətirmədi, ancaq belə qərar verməsinin səbəbini də açıqlamadı. Qərar onundur, hörmətlə yanaşmaq lazımdır”.
Flik mövsümün sonunda “Bavariya” ilə müqaviləsini ləğv etmək istədiyini açıqlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin