Müller Almaniya millisinə qayıdacaq? – açıqlama
“Bavariya”nın futbolçusu Tomas Müller Almaniya yığmasına mümkün qayıdışından danışıb.
Komanda.az xəbər verir ki, 31 yaşlı hücumçu, hazırda bütün diqqətinin “Bavariya”da olduğunu deyib:
“Bu mövzu hələ ki, müzakirədən uzaqdır. Yığmanın oyunları martda olacaq. Ona qədər uzun zaman var. Hazırda bütün fikrim komandama kömək etməkdir. Almaniya futbolunun rəhbərləri Yoahim Lövü yığmada saxlamağa qərar verdi. İndi hər kəs onu dəstəkləməlidir. Ümid edirəm ki, milli Lövün rəhbərliyi altında uğurlu çıxış edəcək”.
Almaniya millisinin çalışdırıcısı Yoahim Löv ötən ilin martında Müller, Jerom Boatenq və Mats Hummelsi bir daha milliyə çağırmayacağını açıqlamışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin