“Geri addım atmalı idim” – “Bavariya”nın hücumçusu
“Bavariya”nın futbolçusu Serj Qnabri açıqlama verib.
Komanda.az xəbər verir ki, İngiltərə mətbuatına danışan 24 yaşlı hücumçu, 2016-cı ildə “Arsenal”dan ayrılaraq, Almaniyaya gəlməsinin səbəbini deyib:
“Arsenal”da əsas heyətə düşə biləcək səviyyədə olduğumdan əmin idim. Ancaq çox gözləmək istəmirdim. Əsas heyət oyunçusu olmaq istəyirdim, 4-cü və ya 5-ci seçim yox.
“Arsenal”dan ayrılmaq futbol karyeramda verdiyin ən çətin qərar idi. Nəticədə, gözləmək istəmədim və gözləmədim.
Geri addım atmalı idim. Mən də Almaniyaya gəldim, ancaq indi doğru qərar verdiyimi düşünürəm”.
2013-2016-cı illər aralığında “Arsenal”da forma geyinən Qnabri, 2016-cı ildə “Verder”ə transfer olunub. Daha sonra “Bavariya”ya üz tutan hücumçu, 2017-ci ildən Münhen təmsilçisində çıxış edir.
Qnabri 10 dəfə formasını geyindiyi Almaniya milli komandasında 9 qol vurub.
Bizi Facebook-da izləyin