Levandovski üçün İngiltərə variantı
“Bavariya”nın futbolçusu Robert Levandovski karyerasını İngiltərədə davam etdirə bilər.
Komanda.az xəbər verir ki, polşalı hücumçunun meneceri Pini Zahavi “Bavariya” ilə yeni müqavilə haqda danışıqlar aparır. Bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb.
Münhen təmsilçisi Levandovskinin illik məvacibini artırmasa, hücumçu İngiltərəyə yollana bilər. Belə ki, Premyer Liqanın bəzi klubları 32 yaşlı futbolçuya istədiyi maaşı verməyə hazırdır.
Levandovski ilə İngiltərənin “Mançester Yunayted” və “Çelsi” klubları maraqlanır.
Bu mövsüm “Bavariya” ilə 37 oyunda 43 qol vuran Levandovskinin klubla müqaviləsi 2023-cü ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin