
“Bavariya”dan ayrılacağını açıqladı – “Fənərbaxça”ya keçir?
“Bavariya”nın futbolçusu Renato Sançes Münhen təmsilçisindən ayrılmaq niyyətindədir.
Komanda.az xəbər verir ki, bu barədə 21 yaşlı yarımmüdafiəçi Portuqaliya mətbuatına açıqlamasında deyib:
“Bavariya”dan icarə ilə deyil, birdəfəlik ayrılmaq istəyirəm. Daha çox oynaya biləcəyim bir yerə getməliyəm. Çox çalışdım, ancaq “Bavariya”da şans qazana bilmədim. Bundan artıq yoruldum”.
2016-cı ildən “Bavariya”da çıxış edən Sançesin 2021-ci ilə qədər müqaviləsi var. Portuqaliyalı futbolçunun adı Türkiyənin “Fənərbaxça” klubu ilə hallanır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin