“Bavariya”nın müdafiəçisi sıradan çıxdı
“Bavariya”nın futbolçusu Lukas Hernandes zədələnib.
Komanda.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Hans-Diter Flik Bundesliqanın 29-cu turunun “Fortuna” ilə oyunundan sonra açıqlama verib. O, fransız müdafiəçinin zədələndiyini və buna görə də, fasilədə əvəzləndiyini bildirib.
“Bavariya” “Fortuna”nı 5:0 hesabıyla məğlub edib. Oyuna start heyətdə başlayan Hernandes, ikinci hissədə Mikael Kyuizansla əvəzlənib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin