“Bavariya”nın futbolçusu koronavirusa qalib gəldi
Almaniyanın “Bavariya” klubunun müdafiəçisi Benjamin Pavar koronavirusdan sağalıb.
Komanda.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin mətbuat xdiməti məlumat yayıb.
Fransalı futbolçu artıq məşqlərə başlayıb. 25 yaşlı oyunçu bu gün komanda ilə birgə hazırlıq keçib. Onun “Verder”lə qarşıdakı çempionat matçında iştirakı da istisna edilmir.
Qeyd edək ki, Benjamin Pavar fevralın 18-də koronavirusa yoluxmuşdu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin