
Tolisso “Mançester Yunayted”ə keçir? – menecerindən açıqlama
“Bavariya”nın futbolçusu Korentin Tolissonun meneceri Erik Kastanino müştərisinin “Mançester Yunayted”ə keçəcəyi iddialarıyla bağlı açıqlama verib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Kastanino, MY ilə danışıqlar aparmadıqlarını deyib:
“Mən “Mançester Yunayted”lə danışıqlar aparmıram. Hazırda Tolisso zədəlidir və meydana qayıdacağı vaxtı gözləyir”.
Bir müddət əvvəl Tolissonun “Mançester Yunayted”lə danışıqlar apardığı haqda xəbər yayılmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin