
“Bavariya”dan icazə istədi – PSJ-yə keçmək üçün
Almaniyanın “Bavariya” klubunun futbolçusu Lukas Hernandes karyerasını Fransada davam etdirmək istəyir.
Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 24 yaşlı futbolçu PSJ-nin hədəfindədir. Hernandesin Paris klubu ilə danışıqlara başladığı bildirilir. Məlumata görə, futbolçu özü də Münhen klubunun rəhbərliyi ilə görüşərək, PSJ-yə keçməyə icazə istəyib. “Bavariya”nın uyğun təzminat məbləği qarşılığında Hernandesi sata biləcəyi deyilir.
Fransalı futbolçunun klubla müqaviləsi 2024-cü ilin yayında bitir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin