“Bavariya”nın yeni “11”-i
“Bavariya”nın futbolçusu Kinqsli Koman forma nömrəsini dəyişib.
Komanda.az klubun saytına istinadən xəbər verir ki, 25 yaşlı fransalı vinger yeni mövsümdən 11 nömrəli formada çıxış edəcək.
Koman bundan əvvəl 29 nömrəli formada mübarizə aparırdı. “Bavariya”da isə 11 nömrəli formanın sahibi bu yay klubu tərk edən Duqlas Kosta idi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin