Qərarını verdi – “Bavariya”dan ayrılacaq
“Bavariya”nın futbolçusu Jerom Boatenq komandadakı gələcəyiylə bağlı qərarını verib.
Komanda.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb. Xəbərdə, alman müdafiəçinin mövsümün sonunda komandadan ayrılacağı bildirilib.
Boatenqin “Bavariya” ilə müqaviləsi 2021-ci ilin yayına qədərdir. Klub rəhbərliyi futbolçu ilə yeni müqavilə imzalamağa müsbət yanaşmır. Klubda Boatenqə tək dəstək verən isə baş məşqçi Hans-Diter Flikdir.
“Bavariya” rəhbərliyinin münasibətindən narazı qalan Boatenq mövsümün sonunda klubu azad agent kimi tərk edəcək. 32 yaşlı futbolçu 2011-ci ildən “Bavariya”da çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin