“Bavariya”ya “yox” dedi, fransızlarla razılaşdı
“Bavariya”nın futbolçusu Flavius Danilyuk karyerasını Fransada davam etdirəcək.
Komanda.az xəbər verir ki, 19 yaşlı futbolçu “Nitsa” klubuna keçəcək. Bu barədə Fransa mətbuatı məlumat yayıb. “Nitsa”nın artıq Danilyukla şəxsi razılıq əldə etdiyi və yaxın zamanda rəsmi müqavilə imzalayacağı bildirilib.
“Bavariya” ikinci komandada çıxış edən avstriyalı müdafiəçiyə peşəkar müqavilə təklif etsə də, Danilyuk bunu qəbul etməyib. Müdafiəçi daha çox forma geyinəcəyi bir komandada çıxış etmək istədiyi üçün “Nitsa”ya razılıq verib.
Avstriyanın “Rapid” klubunun yetirməsi olan Danilyuk, “Bavariya”dan əvvəl “Real”ın da akademiyasında çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin