“Bavariya”nın futbolçusu “Real”la razılaşdı – 4 illik müqavilə
“Bavariya”nın futbolçusu David Alabanın yeni ünvanı bəlli olub.
Komanda.az xəbər verir ki, avstriyalı müdafiəçi “Real”da çıxış edəcək. Bu barədə “Marca” nəşri məlumat yayıb. Xəbərdə, Alabanın “kral klubu” ilə 4 illik razılaşdığı bildirilir.
Alaba “Real”da həftəlik 230 min avro qazanacaq. 28 yaşlı müdafiəçi mövsümün sonunda Madrid klubuna qoşulacaq.
Alaba 2010-cu ildən “Bavariya”nın uğurları üçün çalışır. Avstriya milli komandasının da üzvü olan futbolçu bu mövsüm Bundesliqada 15 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin