Boatenq Premyer Liqada oynaya bilər

Almaniyanın “Bavariya” klubunun futbolçusu Jerom Boatenq karyerasını İngiltərədə davam etdirə bilər.

Komanda.az xəbər verir ki, “Çelsi” 32 yaşlı futbolçunun xidmətində maraqlıdır. Məlumata görə, “zadəganlar” “Bavariya” ilə müqaviləsi cari mövsümün sonunda bitəcək futbolçunu azad agent kimi heyətinə qatmağı planlaşdırır. London klubunun müdafiəçi ilə danışıqlara başladığı da bildirilir.

Boatenq 2011-ci ildən “Bavariya”nın şərəfini qoruyur. Münhen klubu onunla yeni müqavilə ilə bağlı razılığa gəlməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button