“Bavariya”nın futbolçusu ilin ən yaxşısı seçildi – 2-ci dəfə
“Bavariya”nın futbolçusu Alfonso Deyvis mükafatlandırılıb.
Komanda.az xəbər verir ki, 20 yaşlı müdafiəçi Kanadada ilin ən yaxşı idmançısı adına layiq görülüb. Bu barədə Kanada Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Deyvis, jurnalistlər arasında keçirilən sorğuda 1-ci olub və qalibə verilən “Lionel Konaxer” mükafatını əldə edib.
Deyvis, karyerasında 2-ci dəfə bu mükafatı qazanıb. Müdafiəçi 2018-ci ildə də ölkəsində ilin ən yaxşı idmançısı seçilmişdi.
Deyvis, 2020-ci ildə “Bavariya” ilə Almaniya kubokunu, Bundesliqanı, Almaniya superkubokunu, Çempionlar Liqasını və UEFA superkubokunu qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin