Flikdən 2:3-ə şərh: “PSJ heç bir şans yaratmadan üç qol vurdu”
“Bavariya”nın baş məşqçisi Hans-Diter Flik Çempionlar Liqasında PSJ-yə uduzduqları matçdan sonra fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, UEFA-nın mətbuat xidmətinə danışan Flik, 2:3 hesabıyla bitən görüşü belə şərh edib:
“PSJ heç bir şans yaratmadan üç qol vurdu. Futbolçularım buraxılan qollara yaxşı reaksiya verdilər. İmkanlarımız çox idi, qələbə qazana bilərdik. Lakin son zərbələrdə uğurlu ola bilmədik. Buna baxmayaraq, komandamın performansı məni qane edir. Məğlub olmağı sevmirəm. Uduzanda da bu cür futbol oynayaraq uduzaq”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin