“Heç kim məni tanımırdı” – “Bavariya”nın yeni transferi
“Bavariya”nın 80 milyon avroya “Atletiko”dan transfer etdiyi Lukas Hernandes Fransa mətbuatına açıqlama verib.
Komanda.az xəbər verir ki, 23 yaşlı müdafiəçi, iki ilə yaxın əvvəl heç kimin onu tanımadığını deyib:
“İlyarım əvvəl heç kim məni tanımırdı. Heç kim də ilyarım sonra “Bavariya”nın mənim üçün 80 milyon avro ödəyəcəyini düşünmürdü.
Uzun müddət Madriddə oynadım və yeni macəra axtarırdım. Yeni bir mədəniyyət, yeni həyat istəyirdim”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin